"Tıq-tıq xanım"ın ikinci hissəsi çəkilir

"Tıq-tıq xanım"ın ikinci hissəsi çəkilir
18 noyabr 2020
# 10:07

“Azanfilm” studiyası “Tıq-tıq və dostları möcüzələr axtarışında” maarifləndirici, çoxhissəli animasiya filminin ikinci hissəsini çəkir.

Studiyadan Kulis.az-a verilən məlumata görə, filmin istehsalının 2021-ci ilin mart ayında tamamlanacağı və tamaşaçılara təqdim olunacağı gözlənilir.

Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azanfilm” Studiyasında istehsal olunan animasiya filminin ssenari müəllifi və quruluşçu rejissoru Sultan Abbasbəyli, bəstəkarı Azər Hacıəsgərli, rəssamı Kübra Binnətova, redaktoru Yusif Şeyxov, səs rejissoru Mehman Nadirov, prodüseri Mansur Şəfiyevdir.

Filminin ikinci hissəsində Tıq-tıq öz dostları ilə qədim yaşayış məskənlərimizdən olan Qobustana səyahət edir.

Qobustan barədə maraqlı məlumatları balaca dostlarımıza çatdıracaq filmdə qəhrəmanlarımızın başlarına qeyri-adi və sirli hadisələr də gələcək. Bu sirli hadisələrin ən yaxşı tərəfi Tıq-tıqa yeni bir dost qazandırması olacaq.

# 4942 dəfə oxunub

Oxşar xəbərlər

Gənc rəssam vəfat etdi

Gənc rəssam vəfat etdi

21:32 15 fevral 2025
Gündüz Abbaszadənin şeirlə başladığı şərh Türkiyədə gündəm oldu

Gündüz Abbaszadənin şeirlə başladığı şərh Türkiyədə gündəm oldu

16:48 15 fevral 2025
“APA Jurnalist Məktəbi”nin ilk məzunlarına sertifikatlar təqdim olunub

“APA Jurnalist Məktəbi”nin ilk məzunlarına sertifikatlar təqdim olunub

16:12 15 fevral 2025
SSRİ-də avtomobillər neçəyə idi?  – Pulu olan hər kəs onu ala bilməzdi

SSRİ-də avtomobillər neçəyə idi? – Pulu olan hər kəs onu ala bilməzdi

15:47 15 fevral 2025
Yasin Qaraməmmədli vəfat edib

Yasin Qaraməmmədli vəfat edib

13:26 15 fevral 2025
Mark Avrelinin heykəli geri qaytarılacaq

Mark Avrelinin heykəli geri qaytarılacaq

12:48 15 fevral 2025
#
#
# # #